Bundesliqa klublarının üçdən biri müflis ola bilər

04.04.2020 09:44

Almaniya çempionatı may ayına qədər başlamasa, Bundesliqanın 36 komandasından 13-ü koronavirusa görə müflis ola bilər.

"Kicker” nəşri bildirir ki, oyunlara start verilməsə, ikinci Bundesliqanın yeddi klubunun maya, ikisinin isə iyuna qədər müflis olmaq ehtimalı var.

Birinci Bundesliqada isə dörd klub təhlükə altındadır. Onlardan biri mayda, üçü isə iyunda müflis ola bilər.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılması riskinə görə idman tədbirləri kütləvi şəkildə təxirə salınır və ya ləğv edir.

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR