"Afrika test laboratoriyası deyil" - Droqba və Etodan sərt reaksiya

03.04.2020 22:12

Fransalı alimlərin COVID-19pandemiyasına qarşı peyvəndi Afrikada sınaqdan keçirmək təklifinə sərt reaksiya verilib.

Fil Dişi Sahili millisinin sabiq hücumçusu Didye Droqba elm adamlarının bu fikrini tənqid edib:

"Bunu qəbul etməyimiz ağılsığmazdır. Afrika test laboratoriyası deyil. Bu alçaldıcı və irqçi fikirləri şiddətlə qınayıram. Afrikanı sınaq donuzu kimi görmək yerinə, buradakı həyatları xilas etməyi və virusun yayılmamağına kömək edin".

Kamerun millisinin keçmiş hücumçusu Samuel Eto da fransız alimlərin cavabını sosial şəbəkə hesabında verib: "Afrika sizin oyun yeriniz deyil. Siz sadəcə şərəfsizsiniz".

"Başakşəhər"in hücumçusu Demba Ba da təklifə sərt reaksiya verən futbolçulardan olub:

"Ağdərili insanların üstün olduqlarını zənn etdiyi qərbə xoş gəlmisiniz! İrqçilik və axmaqlıq adi hala çevrilib. Yüksəliş vaxtıdır!"

Seneqallı hücumçunun tvitinə Samuel Eto "Fahişə balaları" sözlərini yazıb.

FransaTibbi Araşdırma İnstitutunun tədqiqat direktoru KamillaLoxt və "Cochin" xəstəxanasının reanimasiya xidmətinin mütəxəssisi Jan-Pol Mirakoronavirus pandemiyasının peyvəndini Afrikada sınamağı təklif ediblər.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR