İngiltərə Premyer Liqasının taleyi necə olacaq? - QƏRAR VERİLDİ

03.04.2020 19:46

İngiltərə Premyer Liqasının cari mövsümünün gələcək fəaliyyəti hələ də sual altındadır.

Belə ki, Koronavirus pandemiyasına görə fasilənin müddəti bir qədər də uzadılıb.

Bu barədə çempionatın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, oyunlar qeyri-müəyyən müddətədək təxirə salınır. Həmçinin ölkədə virusla bağlı vəziyyət tam düzəlməyənə qədər oyunların keçirilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də dayandırılmışdı.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR