Koronavirusa yoluxan məşhur futbolçu: “Nəfəs ala bilmirdim”

02.04.2020 09:53

"Liverpul” klubunun və İspaniya yığmasının sabiq qapıçısı Pepe Reyna koronavirusa yoluxduqdan sonra keçirdiyi simptomlar haqqında danışıb.

"Corriere dello Sport” xəbər verir ki, virusun ilk simptomları üzə çıxan kimi 37 yaşlı futbolçu dərhal ailəsindən təcrid edilib.

"Üşütmə, quru öskürək, baş ağrısı və yorğunluq hissi məni tərk etmirdi. 25 dəqiqə nəfəs ala bilmədim və çox qorxdum”, - deyə P.Reyna etiraf edib.

O, 6-8 gün təcriddə qaldığını bildirib. Hazırda idmançı özünü yaxşı hiss edir.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR