İspaniyanın nəhəng klubları bu yarımmüdafiəçini transfer etmək istəyir

02.04.2020 09:34

İspaniyanın "Real Madrid” və "Barselona” futbol klubları Braziliyanın "San-Paulu” komandasının yarımmüdafiəçisi İqor Qomesi transfer etmək niyyətindədir. 

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, hər iki klub 21 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Qeyd edək ki, İ.Qomesin müqaviləsindəki təzminat qiyməti 50 milyon avrodur.

© xezerxeber.az


283 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR