“Bavariya” klubu Tomas Müllerlə yeni müqavilə imzalamağa hazırlaşır

02.04.2020 09:12

Almaniyanın "Bavariya” futbol klubu yarımmüdafiəçisi Tomas Müllerlə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb. 

Xezerxeber.az Almaniya mətbuatına istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi müqavilənin müddətinin 2023-cü ilə kimi uzadılması təklifi ilə razılaşıb. Hazırda tərəflər arasında maaş barədə müzakirələr aparıldığı vurğulanıb.

Xatırladaq ki, T.Müller 2008-ci ildən Münhen təmsilçisinin formasını geyinir.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR