Yuventusun argentinalı ulduzu karantindən qaçdı

23.03.2020 19:24

İtaliyanın "Yuventus” klubunun argentinalı futbolçusu Qonzalo İquan karantin qaydalarına əməl etməyərək ikinci cəhddə ölkəsinə qaçmağı bacarıb.

Argentinalı oyunçu xərçəng xəstəliyindən əziyyət çəkən anasını yalnız buraxmamaq üçün 14 günlük karantin müddətinin 7-ci günündə İtaliyanı tərk edib.

Qeyd edək ki, futbolçu ötən həftələrdə ölkəsinə uçuş həyata keçirmək istəyərkən karantin qaydalarını pozduğu üçün hava limanında polis tərəfindən saxlanılmışdı.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR