Braziliya futbol klubunun prezidenti koronavirusa yoluxdu

21.03.2020 11:16

Braziliyanın "İnternasional”klubunun prezidenti Marselo Medeyrosda koronavirus müəyyən edilib.

Bu barədə Medeyros özünün "Twitter” hesabında məlumat verib.

"Dostlar,testin nəticəsini aldım və o, məndə COVID-19-un olduğunu təsdiq edir. Səhiyyə müəssisələritərəfindən göstərilmiş qaydalara əsasən, növbəti iki həftə ərzində təcridetmədə olacağam. Ailəm, dostlarım və klubun digər üzvləri artıq profilaktik tədbirlər görüb. Son bir neçə gündə aldığım yüzlərlə məktuba görə təşəkkür edirəm.Gəlin problemi sakit və birlikdə həll edək”, - deyə Medeyros yazıb.

© xezerxeber.az


83 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR