Daha 3 çempionat dayandırılıb

16.03.2020 08:59

Meksika, Braziliya və Əlcəzair çempionatları dayandırılıb.

Digər ölkələrdə olduğu kimi, adıçəkilən 3 çempionatın da təxirə salınmasının səbəbi koronavirus infeksiyasının sürətlə yayılmasıdır.

Həmin ölkələrdə təkcə yüksək liqa deyil, bütün daxili yarışların dayandırılması qərara alınıb. Braziliya və Meksikada qeyri-müəyyən müddətə, Əlcəzairdə isə ən azı aprelin 5-nə qədər heç bir turnir keçirilməyəcək.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda idman yarışları dayandırılıb

© xezerxeber.az


170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR