“Liverpul” 4 futbolçusunu satır

15.03.2020 14:44

İngiltərənin "Liverpul” klubu yayda transferə çıxaracağı futbolçuları müəyyənləşdirib.

Premyer Liqa təmsilçisi 4 futbolçunu satmağı planlaşdırır.

Bunlar müdafiəçilər Nataniel Klayn və Deyan Lovren, yarımmüdafiəçilər Adam Lallana və Şerdan Şakiridir. Baş məşqçi Yurgen Klopp nadir hallarda etimad göstərdiyi futbolçuları komandada saxlamağa ehtiyac görmür.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqası koronavirus pandemiyasına görə dayandırılıb. "Liverpul” 82 xalla çempionatın lideridir.

© xezerxeber.az


300 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR