Daha bir futbolçuda koronavirus tapılıb, Premyer Liqa təxirə salınır

13.03.2020 14:47

Daha bir futbolçunun koronavirus xəstəliyinə yoluxduğu açıqlanıb.

"Bornmut”un qapıçısı Artur Boruçun verdiyi testlər müsbət nəticələnib.

40 yaşlı qolkiperlə yanaşı, Premyer Liqa təmsilçisinin 4 işçisində bu xəstəlik aşkarlanıb. Bu səbəbdən klub karantinə alınacaq.

Vəziyyətin gərginləşməsi Premyer Liqa rəhbərliyini hərəkətə gətirib. Qurum bu gün təcili iclas çağırıb. Həmin toplantıda bütün oyunların aprelin 4-dək təxirə salınması gözlənilir.

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR