4 oyunu Bakıda keçiriləcək nəhəng turinirlə bağlı ŞOK ADDIM

13.03.2020 14:24

Tarixdə ilk dəfə 12 ölkənin ev sahibliyi edəcəyi 2020 Avropa Çempionatının qlobal pandemiya elan edilən yeni tip koronavirusa görə 1 il təxirə salınacağı iddia edilir.

İngiltərənin "Gündəlik Teleqraf” nəşri Avropa Futbol Federasiyaları Asossiasiyasının koronavirusa görə AVRO-2020-ni təxirə salmaq və ya qarşıdakı ildə keçirilməsinin bir addımlığında olduğunu yazıb.

Xəbərə görə, UEFA-nın prioriteti üzv ölkələrin futbol mövsümlərinin tamamlanmasıdır.

AVRO-2020-nin 1 il təxirə salınması təqdirində milli futbol liqalarında mövsüm daha uzun təqvimə yayılaraq yayda tamamlana bilər. Qəzet AVRO-2020 pley-of qarşılaşmalarının oynanmasının mart ayında mümkün görmür.

"Qardiyan” qəzeti isə UEFA-nın gündəmdəki seçimlər arasında 24 komandalı AVRO-2020-nin formatının dəyişdirilməsi və turnirin 12 yerinə daha az ölkədə keçirilməsinin olduğunu yazır.

Xatırladaq ki, AVRO-2020-nin 4 oyununa Bakı ev sahibliyi edəcək.

© xezerxeber.az


345 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR