Mikel Arteta koronavirusa yoluxdu

13.03.2020 13:39

"Arsenal”ınbaş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.

London klubu ispan mütəxəssisin testlərinin müsbət çıxdığını açıqlayıb. 37 yaşlı çalışdırıcı ilə son günlərdə təmas quran hər kəs karantinə alınıb.

"Arsenal”ın İngiltərə Premyer Liqasının 30-cu turunda "Brayton”la qarşılaşacağı matç təxirə salınıb.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR