UEFA federasiyaları bir araya yığır: Avropa çempionatı təxirə salına bilər

13.03.2020 12:20

UEFA Avropa çempionatı, Çempionlar Liqası və Avropa Liqası turnirlərinin təxirə salınmasını federasiyalarla müzakirə edəcək.

XəzərXəbər xəbər verir ki, qitənin ali qurumuna daxil olan 55 federasiya martın 17-də videokonfransda bir araya gələcək.

İclasa daxil edilən məsələlər:

1. Avropa çempionatı 2021-ci ilə təxirə salınsın;

2. AÇ-2020 iyunda deyil, sentyabrda start götürsün;

3. AÇ-2020-nin şəhərləri dəyişdirilsin;

4. AÇ-2020-nin oyunları azarkeşsiz keçirilsin.

Ehtimallara görə, turnir2021-ci ilə təxirə salınacaq. Lakin UEFA-nın bu qərarı verməmişdən öncə FIFA ilə danışıq aparmalıdır. 2022-ci ildə dünya kubokundan öncə qitə çempionatının keçirilməsi təqvimi alt-üst edə bilər.

Avropa çempionatında4 matçın Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb.

Bundan əlavə, klubların şikayətindən sonra UEFA Çempionlar Liqası və Avropa Liqasını dayandıracağını bəyan edəcək.


© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR