Məşhur futbolçunun koronavirusa yoluxduğu iddia olunur

27.02.2020 16:18

Bu gün bəzi idman nəşrləri "İnter” klubunda çıxış edən çilili hücumçu Aleksis Sançesin koronavirusa yoluxduğu barədə xəbər dərc edib.

"Geosuper.tv” isə məlumatveribki, yayılan xəbərlərin əsası yoxdur.

Sayt iddia edibki, çili dilindən "Google Translate” vasitəsi ilə tərcümə edilən xəbərlərdə ciddi xətaya yol verilib.

Son məlumata əsasən, İtaliyada koronavirusun yayılması səbəbi ilə İtaliya A Seriyasının bəzi oyunları təxirə salına bilər.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Neapol şəhərində baş tutan "Napoli” – "Barselona” qarşılaşmasında azarkeşlərin bir çoxu stadiona tibbi maska ilə gəlmişdi.

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR