Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb

27.02.2020 14:08

Koronavirusla bağlı hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq.

Xezerxeber.az xəbər verir ki, bunu fevralın 27-də Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib.

Hər hansı ölkədə koronavirus təhlükəsi ilə əlaqədar federasiyalarla birlikdə qərarların qəbul olunduğunu vurğulayan nazir bildirib: "Hazırda ölkələr belə bir məhdudiyyət tətbiq edirlər. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıq ki, mövcud vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Beş aydan sonra "Tokio-2020” Yay Olimpiya Oyunları keçiriləcək. Əsas məsələ ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR