Eden Hazard yenə zədələndi

23.02.2020 16:49

"Rea”ın futbolçusu Eden Hazard La Liqanın 25-ci turunda "Levante" ilə səfər görüşündə zədələnib.

Belçikalı yarımmüdafiəçi 67-ci dəqiqədə oyunu yarımçıq tərk edib. Komandanın baş məşqçisi Zinəddin Zidan 29 yaşlı oyunçunun topuğundan ağır zərbə aldığını deyib. Fransız mütəxəssis futbolçunun zədəsinin ciddi olacağını bildirib.

Hazard mövsümün əvvəlində də zədələnmişdi. O, bu mövsüm La Liqada 10 oyun keçirib, 1 qol vurub və 1 assist edib.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR