Brunu Fernandeş: "Xəyallarım gerçəkləşdi"

20.02.2020 15:09

Qış fasiləsində "Sportinq"dən "Mançester Yunayted"ə transfer olan Brunu Fernandeş açıqlama verib.

25 yaşlı futbolçu "qırmızı şeytanlar"a keçməklə xəyalının gerçəkləşdiyini bildirib:

"İngiltərənin ən böyük klubunda oynayıram. "Mançester Yunayted"də xoşbəxtəm. Bura gəlməklə xəyallarım gerçəkləşdi. Özümü əla hiss edirəm. "Çelsi" ilə oyunda qalib gəldik və qələbələrin ardını gətirməliyik. Topla daha da yaxşı oynaya bilərik".

"Mançester Yunayted" portuqaliyalı futbolçunu 55+25 milyon avroya transfer edib.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR