Erlinq Holand kumirini açıqladı

20.02.2020 15:04

"Borussiya"nın hücumçusu Erlinq Holand kumiri olan Kriştiano Ronaldo ilə görüşmək istədiyiniaçıqlayıb.

19 yaşlı norveçli futbolçu "Yuventus"un portuqaliyalı ulduzundan hər zaman örnək aldığını deyib:

"Ronaldo ilə tanış olmaq istəyirəm. Futbolçu olmağımda payı çoxdur. Çünki o, mənim kumirim olub".

Holand qış fasiləsində 30 milyon avroya "Zalsburq"dan "Borussiya"ya keçib. O, bu mövsüm 29 oyunda 39 qol vurub.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR