Ronaldo sifariş ərizəsinə salınmadı

16.02.2020 11:44

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo bu gün "Breşiya”ya qarşı oyunda iştirak etməyəcək.

Klubun rəsmi Tvitter səhifəsində A seriyasının 24-cü turunun matçına sifariş olunan 20 oyunçunun adı açıqlanıb. Onların arasında portuqaliyalı hücumçu yoxdur. Bunun səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, "Yuventus” – "Breşiya” görüşü bu gün Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR