Əmrə üçün 25 milyonluq təklif

24.01.2020 17:45

"Yuventus"da əsas heyətə düşməkdən çətinlik çəkən Əmrə Can Dortmund "Borussiya"sının transfer hədəfindədir.

Dortmund təmsilçisi bu keçid üçün "qoca sinyora"ya 18 milyon avro təklif edib. Əmrə "Borussiya"ya keçməyə müsbət yanaşsa da, Turin klubu təklif edilən məbləğə qane olmayıb.

Tərəflər transferin həlli üçün danışıqlara davam edir. "Yuventus" 26 yaşlı yarımmüdafiəçini ən azı 25 milyon avroya satmağı düşünür.

Almaniya millisinin üzvü bu mövsüm 8 oyun keçirib.

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR