Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Liverpul" "Real"ın ulduzu üçün 70 milyon avronu gözdən çıxardı

24.01.2020 17:23

"Liverpul" klubu Madrid "Real"ının ulduzu İskoya "elçi" düşüb.

XəzərXəbər Offsideplus.az-a istinadla xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp 27 yaşlı hücumameyilli yarımmüdafiəçini öz sərəncamında görmək istəyir.

Təcrübəli mütəxəssis rəhbərliklə söhbətində İskonun oyununu çox bəyəndiyini, onu komandasında görmək istədiyini bildirib. Kloppun fikrincə, "Real”ın üzvünün transferi baş tutsa, yarımmüdafiənin mərkəzində yaradıcılığı xeyli artıra bilərlər.

İngilislərin qarşı tərəflə danışıqlara başladığı bildirilir. "Real” rəhbərliyi İskonu satmağa razıdır. Ancaq keçidin baş tutması üçün "Liverpul” 70 milyon avro xərcləməlidir.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR