Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Milan"ın futbolçusu "Tottenhem"lə "Atletiko"nun hədəfində

24.01.2020 12:28

"Milan" Zlatan İbrahimoviçin transferindən sonra hücumçusu Kriştof Pyonteki satmağı düşünür.

"La Gazetta dello Sport" xəbər verir ki, İngiltərənin "Tottenhem" və İspaniyanın "Atletiko"klubları polşalı forvardı icarəyə götürmək üçün təklif yollayıb. Xəbərdə "Milan"ın 24 yaşlı futbolçunu icarəyə vermək istəmədiyi, birdəfəlik satmaq fikrində olduğu qeyd edilib. "Qırmızı-qaralar" Pyontekin transferi üçün ən azı 30 milyon avro istəyir.

"Milan"ın növbəti günlərdə "Tottenhem" və "Atletiko" klubları ilə görüşəcəyi və yekun qərar verəcəyibildirilib.

"Milan" hücumçunu 2019-cuildə "Cenoa"dan 38 milyon avroya transfer edib. Pyontek bu mövsüm Seriya A-da 18 oyuna 4 qol vurub.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR