"Arsenal" gənc ulduzun maaşını 3 dəfə artırır

24.01.2020 12:22

"Arsenal" son dönəmlər parlaq oyun nümayiş etdirən gənc hücumçusu Qabriel Martinellinin maaşını artıracaq.

"Daily Mail" xəbər verir ki, "topçular" Madrid "Real"ının maraqlandığı hücumçunun maaşını 3 dəfə artırmağa qərar verib. London təmsilçisi futbolçunun 2024-cü ilin iyununa qədər davam edən müqaviləsinə toxunmayacaq. Lakin braziliyalı futbolçunun aylıq məvacibi 1 milyon avro olacaq.

18 yaşlı futbolçunun hazırda aya 325 min avro qazanır.

"Arsenal" Martinellini 2019-cu ilin yayında Braziliyanın "İtuano" klubundan 6,7 milyon avroya transfer edib. O, bu mövsüm 21 oyuna 10 qol vurub, 3 assist edib.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR