"Mançester Siti" futbol klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər

24.01.2020 14:14

İngiltərənin "Mançester Siti" futbol klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Buna səbəb klubun maliyyə "Fair Play" qaydalarını pozması göstərilir.

Mançester təmsilçisinin 2014-cü ildə sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər haqqındada səhv məlumat verdiyi iddia olunur. Həmin vaxt klub maliyyə "Fair Play" qaydalarını pozduğu üçün 49 milyon funt-sterlinq məbləğində cərimələnib.

Xüsusilə, klub sahibləri təqribən 180 milyon avro, maliyyə "Fair Play" qaydalarına görə isə 45 milyon avro məbləğində vəsait itkisini ört-basdır ediblər./publika.az

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR