"Futbolçular da insandır" - Qvardioladan növbəti etiraz

22.01.2020 16:14

"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola sıx oyun qrafikini növbəti dəfə tənqid edib.

İspaniyalı mütəxəssis bu qrafikin oyunçuların daha tez zədələnməsinə səbəb olduğunu bildirib.

"Markos Raşford və Heri Keyn bu liqanın ən yaxşı oyunçularıdır. Ancaq onlar zədə səbəbindən oynaya bilmirlər. Bu qədər sıx oyun qarfikində belə hallar qaçınılmazdır. Oyunların sayını azaltmaq lazımdır. Oyun sayı azalsa, səviyyə də yüksələr. Bunu bütün məşqçilər desə də, dinləyən yoxdur. Futbolçular da insandır və onlar yorulurlar. Əgər çempionatdan əlavə başqa bir turnir keçirmək istəyirlərsə, o zaman ili 400 gün eləsinlər”.

Qeyd edək ki, "şəhərlilər” dünən axşam "Şeffild Yunayted”i səfərdə 0:1 hesabı ilə məğlub edib.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR