Zidandan transfer açıqlaması - "hər şey mümkündür"

22.01.2020 16:02

"Real”ın baş məşqçisi Zinəddin Zidan transferlər barədə danışıb.

Fransalı mütəxəssis yanvarın 31-nə qədər transfer edilə biləcəyini istisna etməyib: "Transfer dönəmi davam etikcə, hər şey mümkündür. Bu müddətdə komandaya gələn və bizdən ayrılan oyunçular ola bilər”.

İspaniya mətbautı Madrid təmsilçisinin "Lill”də forma geyinən Bubakari Sumaranın heyətinə qatmağa yaxın olduğunu yazıb.

Qeyd edək ki, "Real” bu yaxınlarda 18 yaşlı Flamenqo Ranierini transfer etdiyini açıqlayıb. Gənc oyunçu ilə 6 illk müqavilə imzalanıb.

© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR