“Netflix” braziliyalı ulduz barədə film çəkir

21.01.2020 21:50

Son illərdə idman məzmununa üstünlük verən rəqəmsal yayım platforması "Netflix” bu dəfə də Fransanın PSJ klubunun braziliyalı ulduzu Neymarın həyatını sənədli filmə çəkməyə qərar verib.



Film məşhur futbolçunun həyatı ilə bağlı bir çox sirli məqamlara aydınlıq gətirəcək.

"Netflix” komandası Neymarın atdığı hər addımı yaxından izləyir. Hətta PSJ-nin məşqlərini diqqətdə saxlayan platforma izləyicilərə dərin və ətraflı Neymar portretini təqdim etmək üçün xeyli əmək sərf edir.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR