"Aston Villa" axtardığı hücumçunu Belçikada tapdı

21.01.2020 15:43

"Aston Villa" yayda 25 milyon avroya transfer etdiyi Vesleyin zədələnməsindən sonra yeni hücumçu alıb.

Birmingem təmsilçisi Belçikanın "Genk" klubunun hücumçusu Mbana Samattanın transferində razılığa gəlib. Bu keçid Premyer Liqa klubuna 10 milyon avroya başa gəlib. Komandanın baş məşqçisi Din Smit Tanzaniya yığmasının futbolçusunu "Genk"dən transfer etdiklərini təsdiq edib.

Samatta 2016-cı ildən "Genk"də çıxış edirdi. O, bu mövsüm 28 oyunda 10 qol vurub, 2 assist edib.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR