Buzlar əriyir, Arda transferi an məsələsidir

21.01.2020 15:07

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fateh Terim "Denizlispor" matçından sonra verdiyi açıqlamada "Arda ikinci şansa layiqdir. Ancaq azarkeşlərdən tutmuş futbol ictimaiyyətinə qədər hər kəsin ortaq qərarı olmalıdır" ifadələrinə yer verib.



F.Terimin açıqlamasından sonra "Qalatasaray"ın azarkeş qrupu "ultrAslan" post paylaşıb.



Postda qeyd olunub ki, "bu transferdə Fateh Terimin və rəhbərliyimizin ortaq qərarı əsasdır. Arda Turan transferi reallaşarsa, "Qalatasaray" tribunası aşağı yaş qruplarından kapitanlığa qədər yüksəlmiş futbolçusunu formanı yenidən geyindiyi halda sona qədər dəstəkləyəcək".

Arda isə öz növbəsində Tvitter hesabından "Qalatasaray"da topdaşıyanlıq etdiyi vaxtlarda əfsanəvi oyunçu Georgi Hacının vurduğu qola reaksiyasını "sən mənim uşaqlıq sevgimsən, ilk göz ağrımsan" başlığı ilə paylaşaraq geri dönüşünə işarə verib.

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR