Azərbaycan kubokunda dörddəbir finalın oyunları başlayır

15.12.2019 14:32

Dekabrın 15-də futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək.

Mərhələnin iki görüşü bu gün, digər ikisi isə dekabrın 16-da oynanılacaq. Dörddəbir final mərhələsinin birinci qarşılaşmasında "Qəbələ” komandası doğma meydanda "Sabah” klubunu qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi oyun saat 15:00-da başlayacaq.

Saat 17:00-da başlayacaq ikinci qarşılaşmada "Səbail” və "Zirə” komandaları qarşılaşacaqlar. "ASCO Arena”da keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.

Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsi dekabrın 16-da "Neftçi” – "Sumqayıt” oyunu ilə davam edəcək. Saat 18:00-da başlayacaq qarşılaşmada baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Görüş "Bakcell Arena”da oynanılacaq.

Dörddəbir final mərhələsinə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ” – "Keşlə” görüşü ilə yekun vurulacaq. Saat 20:00-da başlayacaq görüşün idarə olunması Səbuhi Bayramova tapşırılıb.

Xatırladaq ki, sonuncu yarışın finalında "Qəbələ” komandası "Sumqayıt” klubuna 1:0 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb.

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR