Pelleqrini istefaya göndərilir

11.12.2019 17:30

İngiltərənin "Vest Hem” klubu baş məşqçi Manuel Pelleqrinini istefaya göndərməyə hazırlaşır.

London təmsilçisi qeyri-stabil çıxışa görə çilili mütəxəssisi postundan göndərmək fikrindədir. "Çəkicdöyənlər" Premyer Liqanın 17-ci turunda"Sauthempton”aməğlub olsa, istefa rəsmiləşəcək.

"Vest Hem” Premyer Liqada 6 xalla turnir cədvəlinin16-cı pilləsində qərarlaşıb.

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR