Smollinq 3 klubunun hədəfində

09.12.2019 16:35

İcarə əsasında "Roma”nın formasını geyinən Kris Smollinq yenidən İngiltərəyə qayıda bilər.

Müqavilə ilə "Mançester Yunayted”ə məxsus olan müdafiəçi 3 klubun - "Everton”, "Lester” və "Arsenal”ın maraq dairəsindədir. "Arsenal”ın 29 yaşlı müdafiəçi ilə danışıqlara başlamağa hazırlaşdığı bildirilir.

"Roma”da göstərdiyi oyunla diqqət mərkəzində olan ingiltərəli futbolçunun İtaliyadan ayrılmaq istəmədiyi də qeyd olunur.

Smollinqin icarə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR