Ronaldonun oğlu “Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib

09.12.2019 14:26

"Yuventus”un hücumçusu Kriştiano Ronaldonun oğlu Turin klubunun 9 yaşadək futbolçulardan ibarət komandasının heyətində iştirakçısı olduğu "Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib.

Xezerxeber.az xəbər verir ki, 9 yaşlı kiçik Ronaldonun komandası finalda "Kyeri”yə 3:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub. Ronaldonun oğlu bu turnirdə 3 qol vurub.

Qeyd edək ki, Kriştiano Ronaldo 2018-ci ilin yayından "Yuventus”da oynayır. Onun oğlu da həmin vaxtdan İtaliya klubunun akademiyasına qoşulub.

© xezerxeber.az

FOTOQALERIYA






331 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR