Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Messi yeni rekord müəyyənləşdirib

08.12.2019 14:55

İspaniya "Barselona”sının futbolçusu Lionel Messi La Liqanın cari mövsümündəki qol sayını 12-yə çatdırıb.

Argentinalı ardıcıl 14-cü mövsümdə çempionatda 10 və daha çox qol vurmağı bacarıb.

Bu, "Böyük beşlik”də ilkdir. İndiyədək İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransanın yüksək liqalarında heç bir futbolçu ardıcıl 14 mövsümdə bunu bacarmayıb.

32 yaşlı cənubi amerikalı bu rekordun tək sahibi kimi çox qalmaq ehtimalı yüksək deyil. Çünki portuqaliyalı Kriştianu Ronaldo 13 mövsüm 10 və daha artıq qol vurub. Cari çempionatda isə "Yuventus”un forvardı 7 dəfə fərqlənib. Daha üç qol vuracağı halda, o da L.Messiyə çatacaq.

Qeyd edək ki, argentinalı La Liqanın XVI turunun "Malyorka” ilə görüşündə (5:2) het-trikə imza ataraq qol sayını 12-yə yüksəldib. (Apasport.az)

© xezerxeber.az

FOTOQALERIYA






477 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR