AÇ-2020: pley-offun püşkü atılır

22.11.2019 14:44

Bu gün AÇ-2020-də pley-off mərhələsinin püşkü atılacaq.

XəzərXəbər xəbər verir ki, püşkatmada final mərhələsinə son 4 vəsiqəyə iddialı 16 komanda iştirak edəcək.

Bu komandalar arasında 4 cüt bəllidir. Bu gün isə digər 3 cütlük bəlli olacaq. Bolqarıstan, Macarıstan, İsrail və Rumıniya yığmalarından biri C, üçü A yolu üzrə mübarizə aparacaq.

Bundan başqa, püşk zamanı final oyunlarının meydan sahibləri də bilinəcək. Gələn il martın 26-da keçiriləcək yarımfinallarda daha yüksək göstəriciyə malik komandalar ev sahibi olacaq.

Püşkatma Bakı vaxtı ilə 15:00-da başlayacaq.

D yolu

1. Gürcüstan – Belarus

2. Şimali Makedoniya - Kosovo

C yolu

1. Şotlandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

2. Norveç – Serbiya

B yolu

1. Bosniya və Herseqovina – Şimali İrlandiya

2. Slovakiya – İrlandiya

A yolu

1. İslandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

2. Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR