“Tottenhem” baş məşqçisi Maurissio Paçetinonu istefaya göndərib

20.11.2019 09:59

İngiltərənin "Tottenhem” klubu baş məşqçisi Maurissio Paçetinonu istefaya göndərib.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Cətin olsa da bu qərara gəldik. Heyf ki, klubun nəticələri bizi qane etmir. Maurissio və onun məşqçilər heyəti klubun tarixinə düşüb. Ona karyerasında uğurlar arzu edirəm”, - deyə klubun prezidenti Daniel Levi bildirib.

Maurissio 2014-ci ildə "Tottenhem”a baş məşqçi təyin edilib. Londonlular onun rəhbərliyi altında komandanın tarixində ilk dəfə 2018-2019-ci ill mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəlib.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR