Fransa millisinə qapıları bağlanan Benzema Əlcəzairi arzulayır

19.11.2019 10:47

Fransa milli komandasına qapıları bağlanan Kərim Benzemanın Əlcəzair millisində oynamağa hazır olduğu iddia edilir.

Yığmanın baş məşqçisi Camal Belmadi komandasında olan hücumçulardan razı olduğunu deyib:

"Slimani, Bundejah, Delort və Sudani kimi hücumçularımız var. Sahib olduğum futbolçulardan razıyam”.

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qred Benzemanın yığma karyerasının başa çatdığını demişdi: "Kərimin performansı ilə bağlı narazılıq etməmişik, o, əla oyunçudur. "Real”dakı oyunu ilə lazımlı futbolçu olduğunu təsdiqləyir. Milli komandaya geri dönüşünə gəlincə, bu, mümkün deyil. Onun yığma karyerası başa çatıb”.

Madrid "Real”ının üzvü federasiya rəhbərinin sözlərinə münasbiət bildirmişdi: "Milli karyeramın başa çatıb-çatmamasına yalnız mən qərar verə bilərəm. Bitdiyimi düşünürsünüzsə, o zaman imkan verini, başqa ölkə üçün oynayım”.

Kərimin Əlcəzair millisində oynamaq istədiyi deyilir. Bunun üçün FIFA-ya müraciət lazımdır. Fransa Futbol Federasiyası və 31 yaşlı futbolçu ortaq məxrəcə gələ bilmir.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR