Qaret Beyl Azərbaycanla oyunöncəsi ciddi ittihamla üzləşib

16.11.2019 15:05

Uels millisinin futbolçusu Qaret Beyl AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla bugünkü oyunu ərəfəsində ciddi ittihamlarla üzləşib.

Apasport.az-ın məlumatına görə, onun çıxış etdiyi İspaniya "Real”ının sabiq futbolçusu və idman direktoru Predraq Miyatoviç ulduz oyunçunu komandasına can yandırmamaqda günahlandırıb.

O bildirib ki, Q.Beyl üçün "Real” üçüncü dərəcəlidir: "Düşünürəm ki, Beyl spesifik oğlandır. Onu şəxsən tanımıram. Amma onun barədə oxuduqlarıma əsasən qəribə insan obrazı canlanır. Heyətdəki futbolçu komandaya inteqrasiya olmadığını və klubdan daha vacib şeylərinin varlığını iddia edir. Qaret ilk növbədə Uels barədə düşünür. Sonra qolf, ardınca isə "Real” haqda. Onunla ünsiyyətim olmayıb. Amma dedikləri belə düşünməyə əsas verir”.

Qeyd edək ki, Q.Beylin daha çox düşündüyü iddia olunan Uels millisi AVRO-2020-yə vəsiqə üçün son iki görüşdə, o cümlədən bu gün Bakıda qalib gəlməlidir.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR