Rayan Giqqz: Bizi Azərbaycan millisi ilə ciddi oyun gözləyir

15.11.2019 20:28

Bakıda olmaqdan çox məmnunam. Ümid edirəm ki, paytaxtınızdan xoş təəssüratlarla ayrılacağam.

Xezerxeber.az xəbər verir ki, bu sözləri futbol üzrə "Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Uels yığmasının baş məşqçisi Rayan Giqqz noyabrın 15-də təşkil olunan mətbuat konfransında bildirib.

Uelsli mütəxəssis deyib: "Sabah bizi vacib oyun gözləyir. Hər iki komandaya uğurlar arzulayıram. Ancaq qələbə üçün oynayacağıq. Bir müddət əvvəl Tom Lourens zədələnərək sıradan çıxmışdı. Hazırda onun vəziyyəti yaxşıdır. Bizi Azərbaycanla ciddi oyun gözləyir. Qalib gəlməyi çox istəyirəm. Rəqibə qarşı oyun asan olmayacaq. Futbolçularım sabahkı oyunun bizim üçün nə qədər vacib olduğunu anlayırlar. Əsas məqsədimiz 3 xal qazanmaqdır”.

Giqqz vaxtilə futbolçu kimi Azərbaycan millisinə qarşı oynadığını xatırladıb: "O vaxtlar futbolçu kimi oynamışdım. İndi baş məşqçiyəm. Amma baş məşqçi kimi rəqib olmaq daha çətindir”.

Bakıda ilk dəfə olduğunu deyən Uels millisinin kapitanı Qaret Beyl bildirib ki, əgər Azərbaycan millisinin son oyunlarına nəzər salsaq, inkişafın olduğunu görmək olar. Beş-on il əvvəlki komanda ilə hazırkı kollektiv arasında fərq hiss olunur. Bakıya qələbə qazanmaq üçün gəlmişik. Ümid edirəm ki, maraqlı oyun nümayiş etdirib istəyimizə nail olacağıq.

Qeyd edək ki, Azərbaycan-Uels oyunu noyabrın 16-da "Bakcell Arena”da saat 21:00-da start götürəcək.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR