“Everton” Moyze Kini transfer etməyə peşman olub

14.11.2019 16:41

İngiltərənin "Everton” klubu yayda "Yuventus”dan 30 milyon avroya transfer etdiyi Moyze Kin ümidləri doğrultmur.

19 yaşlı forvard davranışları və performansı ilə Liverpul təmsilçisini məyus edib. Komandanın baş məşqçisi Marku Silva italiyalı futbolçunu toplanışa iki dəfə gec gəldiyi üçün əsas heyətdən qovub.

Məşhur agent Mino Rayola müştərisinin "Everton”dakı durumundan narazı olduğu üçün hərəkətə keçib. Nüfuzlu futbol adamı Kinin qışda başqa klubda oynaması üçün çalışır.

İtaliya A Seriyasında uğursuz mövsüm keçirən "Milan” gənc ulduzla maraqlanır və Mino Rayolaya bununla bağlı məlumat göndəriblər.

Kin bu mövsüm Premyer Liqada 11 oyuna 1 assist edib.

© xezerxeber.az


98 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR