İbrahimoviç vidalaşdı: "İndi beysbol izləməyə davam edin"

14.11.2019 16:32

ABŞ-ın "Los-Anceles Qelaksi” klubu Zlatan İbrahimoviçlə müqaviləni yeniləməyib.

XəzərXəbər klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu ilə qarşılıqlı razılıq əsasında bu cür qərar qəbul olunub. "Los-Anceles Qelaksi”nin prezidenti Kris Klayn İbrahimoviçə klubun və liqanın inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirib:

"Zlatan komandaya 2018-ci ildə qoşulduqdan sonra Los-Ancelesdəki futbola müsbət təsir göstərdi. Zəhmətinə və işinə olan ehtirasına görə ona minnətdarıq. Peşəkarlığına, Los-Anceles sakinlərinə və ümumiyyətlə Şimali Amerika futbolunun azarkeşlərinə müsbət təsir etdiyi üçün Zlatana təşəkkür edirik”.

İbrahimoviç "Instagram" hesabı vasitəsi ilə azarkeşlərlə vidalaşıb: "Gəldim, gördüm, qalib gəldim. "Los-Anceles Qalaksi"yə məni yenidən canlı hissi etdirdiyi üçün təşəkkür edirəm. Zlatanı istədiniz, mən də sizə Zlatanı verdim. Dəyməz. Hekayə davam edir... İndi isə beysbol izləməyə davam edin".

Qeyd edək ki, İbrahimoviç ötən il transfer olunduğu "Los-Anceles Qelaksi”nin heyətində keçirdiyi 58 oyundan 53 qol vurub və 15 məhsuldar ötürmə verib. Forvard daha öncə vətənində "Malmö”, Niderlandın "Ayaks”, İtaliyanın "Yuventus”, "İnter”, "Milan”, İspaniyanın "Barselona”, Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted” komandalarının formasını geyinib.

Bir müddət əvvəl xarici mətbuatda İbrahimoviçin "Milan”da dönəcəyi yönündə xəbərlər yer alıb.

Fanat.Az

© xezerxeber.az


68 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR