Məşhur türkiyəli baş məşqçi istefa verdi - RƏSMİ

13.11.2019 10:28

Türkiyənin "Antalyaspor" futbol klubunun baş məşqçisi Bülent Korkmazın istefası klub rəhbərliyi tərəfindən qəbul edilib.

Baş məşqçi ilə müqaviləyə rəsmən xitam verilməsindən sonra Bülent Korkmaz sosial şəbəkə vasitəsilə paylaşım edib. O, "Antalyaspor" klubuna və azarkeşlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, bu il Türkiyə çempionatına yaxşı start versə də, Korkmazın komandası sonradan uçursuzluq zolağına düşüb. Ardıcıl 4 oyunda meydanı xalsız tərk edən komanda son olaraq "Çaykur Rizespor"a 0:1 hesabl ilə məğlub olub.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR