Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Mişel Platini UEFA-dan 7,2 milyon avro tələb edib

08.11.2019 17:26

2007-2015-ci illərdə Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) rəhbərlik edən Mişel Platini maaş borcunun ödənilməsi üçün məhkəməyə müraciət edib.

Xezerxeber.az xəbər verir ki, 64 yaşlı Platini təşkilatın ona ümumilikdə 7,2 milyon avro (5,5 milyon avro əməkhaqqı borcu) ödəməsini istəyir.

Eyni vaxtda Beynəlxalq Futbol Federasiyasının (FIFA) vitse-prezidenti vəzifəsində də çalışan Mişel Platini 2015-ci ilin sonlarında etika üzrə komitə tərəfindən səkkiz il futbol fəaliyyətindən uzaqlaşdırılmışdı. Məhkəmə fransalının apelyasiyasını qismən təmin edərək cəzanı dörd ilə endirdiyindən cəza müddəti bu ilin oktyabrında başa çatıb.

Mişel Platininin tutduğu vəzifələrdən kənarlaşdırılmasına 1998-2015-ci illərdə FIFA-ya rəhbərlik etmiş Yozef Blatterin təşkilatdan onun hesabına 2 milyon İsveçrə frankı (1,7 milyon avro) köçürməsi səbəb olmuşdu.

© xezerxeber.az


284 dəfə oxunub

XƏBƏRLƏR

02.12.2020 12:56

Sabah hava necə olacaq?

ÇOX OXUNANLAR