"Qarabağ"ın bu oyununda azarkeş olmayacaq - KLUBDAN QƏRAR

05.11.2019 12:12

UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində Kiprə səfərə gedəcək "Qarabağ" komandası APOEL-ə qarşı keçirəcəyi matçına azarkeşsiz çıxacaq.

Azərbaycan təmsilçisinin rəhbərliyi öz azarkeşlərinə oyuna baxmağa gəlməməyi tövsiyə edib. Məqsəd mümkün gərginlik riskindən qaçmaqdır.

Qeyd edək ki, matç noyabrın 7-də, Nikosiyadakı "GSP Arena"da keçiriləcək. Tarixi qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR