“Selta” baş məşqçisini istefaya göndərib

04.11.2019 17:15

İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.

Xezerxeber.az-ın məlumatına görə, "Selta” klubu Fransisko Eskribanı istefaya göndərib.

Çalışdırıcı ilə birlikdə bütün məşqçilər korpusu klubu tərk edib. Buna çempionatdakı uğursuz nəticələr səbəb olub.
Dünən "Xetafe”yə 0:1 hesabı ilə uduzan Viqo təmsilçisi ardıcıl 4-cü məğlubiyyətini alıb. 12 turdan sonra komanda 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, F.Eskriba bu ilin martında baş məşqçi təyin olunmuşdu.

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR