APOEL - "Qarabağ" oyununun hakimləri açıqlanıb

04.11.2019 14:11

Avropa Liqasının IV turunun hakim təyinatları açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ”ın APOEL-lə Kiprdəki oyunu avstriyalı hakimlərə tapşırılıb.

Noyabrın 7-dəki matçın baş hakimi Manuel Şuttenqruber olacaq. Ona Roland Brandner və Robert Steynaşer kömək edəcək. Dördüncü hakim funksiyası Kristofer Yager yerinə yetirəcək.

Hakim-inspektor Georgios Bikas (Yunanıstan), UEFA nümayəndəsi Ariel Kennet Şeyman (İsrail) olacaq.

Qeyd edək ki, Nikosiyasnın GSP stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR