Türkiyə Superliqası: "Beşiktaş" səfərdə vacib üç xal qazanıb

03.11.2019 10:18

Noyabrın 2-də futbol üzrə Türkiyə Superliqasının X turu çərçivəsində keçirilən qarşılaşmada "Beşiktaş" səfərdə "Antalyaspor"un qonağı olub.

Xezerxeber.az xəbər verir ki, "Antalya" stadionunda baş tutan görüş qarşılıqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 9-cu dəqiqədə qonaqların müdafiəçisi Damaqoy Vida açıb. Cəmi 2 dəqiqə sonra Abdulay Diabi hesab arasındakı fərqi iki topa çatdırıb. Birinci hissə elə bu hesabla bitib - 0:2. Matçın 52-ci dəqiqəsində isə antalyalıların hücumçusu Paul Mukairu vurulan qollardan birinin əvəzini çıxıb və görüş elə bu hesabla da bitib - 1:2.

Beləliklə, "Beşiktaş" səfərdə "Antalyaspor"u 1:2 hesabı ilə məğlub edərək vacib üç xal qazanıb.

Günün digər oyununda "Trabzonspor" doğma meydanda "Göztəpə"yə 0:1 hesabı ilə məğlub olub. "Konyaspor" və "Gənclərbirliyi" matçında isə qalib müəyyənləşməyib. Lider "Alanyaspor" isə doğma meydanda "Başakşəhər"i qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb - 0:0.

Bu oyundan sonra "Beşiktaş" turnir cədvəlində 15 xalla səkkizinci pillədə qərarlaşıb.

Turun digər oyunları noyabrın 3 və 4-də keçiriləcək.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR