"Qarabağ"ın Avroliqada rəqibi olan "Sevilya" "Atletiko Madrid"lə oyunda xal itirib

03.11.2019 10:07

Noyabrın 2-də futbol üzrə İspaniya La Liqasının XII turu çərçivəsində keçirilən matçda "Sevilya" doğma meydanda "Atletiko Madrid"i qəbul edib.

Xezerxeber.az xəbər verir ki, "Ramon Sançez Pizxuan" stadionunda baş tutan görüşdə hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Franko Vazques açıb. Cavab isə matçın 60-cı dəqiqəsində gəlib. madridlilərin hücumçusu Alvaro Morata topu çərçivəyə göndərərək komandasını məğlubiyyətdən xilas edib. Görüş elə bu hesabla da bitib – 1:1.

Turun digər qarşılaşmasında isə "Barselona" səfərdə "Levante"yə 3:1 hesabı ilə məğlub olub. "Espanyol" isə doğma meydanda "Valensiya"ya 1:2 hesabı ilə uduzub.

Bu oyunlardan sonra turnir cədvəlinə 22 xalla "Barselona" klubu liderlik edir. "Sevilya" isə 21 xalla dördüncü olub.

Turun digər qarşılaşmaları isə noyabrın 3 və 4-də baş tutacaq.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR