"El Klasiko"nun vaxtı açıqlandı

23.10.2019 15:48

İspaniya La Liqasının X turunun "Barselona” - "Real" oyununun vaxtı dəqiqləşib.

XəzərXəbər "Marca” nəşrinə istinadən xəbər verir ki, La Liqa Təşkilat Komitəsi matçın dekabrın 18-ə təxirə salınmasını təsdiqləyib.

Qeyd edək ki, təqvimə əsasən, görüş oktyabrın 26-da "Nou Kamp”da baş tutmalı idi. Ancaq oyun Barselonakı etiraz aksiyaları səbəbindən təxirə salınıb.

Fanat.Az

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR